ABŞ ordusu üçün ilk arktik “nanoəlcək” hazırlanıb

ABŞ ordusu üçün ilk arktik “nanoəlcək” hazırlanıb
08:03 22 Avqust 2017
Ölkə mətbuatı
A- A+

ABŞ fizikləri adi AA-batareyaların enerjisindən istifadə edərək ən sərt arktik temperaturda belə normal temperatura qədər qızmaq imkanına malik nanomaterial yaradıblar. Alimlər ABŞ ordusunun sifarişinə əsasən hazırlanmış bu materialı Vaşinqtonda ABŞ Kimya Cəmiyyətinin illik görüşündə təqdim ediblər.

Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, alimlərin hazırladığı pambıq parça nisbətən zəif AA-batareyaları və ya qol saatının qidalanma elementi ilə özünü 37 dərəcə Selsiyə qədər cəmi bir dəqiqə ərzində qızdıra bilir. Bu parçadan hazırlanmış əlcəklər yun, dəri və ya sintetik analoqlarına nisbətən çox yüngül və daha incə olacaq ki, bu da əsgərlərə yükləri daha yaxşı daşımağa və döyüşdə özünü daha yaxşı göstərməyə imkan verəcək.

Alimlərin sözlərinə görə, əlcəkdə istifadə olunmuş nanosaplar bir neçə yuyulmaya və digər ağır mexaniki yüklənmələrə dözümlüdür.

Hazırda bu kimi “nanoparçaların” pambıq parçaya nisbətən yüklənməyə daha çox dözümlü olan sintetik analoqlarının hazırlanması üzərində araşdırmalar aparılır.

Gələcəkdə istənilən iqlim şəraitinə uyğun belə parçadan digər geyimlərin də hazırlanması nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/210640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR