Bakıda gənc oğlanı minik avtomobili vurub

Bakıda gənc oğlanı minik avtomobili vurub
08:17 22 Avqust 2017
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Bakıda gənc oğlanı minik avtomobili vurub.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində 27 yaşlı Məmmədov Tural Ceyhun oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu "Hyundai" markalı avtomobil vurub. Nəticədə T. Məmmədov ağır xəsarətlər alıb. 
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-genc-oglani-minik-avtomobili-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR