Türkiyə hərbçiləri İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib

Türkiyə hərbçiləri İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib
08:22 22 Avqust 2017
129 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında Zap və Diyarbəkirin cənub-şərqində Kulp rayonları ərazisində terrorçuların mövqelərinə zərbələr endirib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İraqın şimalında 3 terrorçu zərərsizləşdirilib. Həmçinin terrorçuların 3 sığınacağı dağıdılıb.
Diyarbəkirdə terrorçuların mövqeyinə zərbələr pilotsuz uçuş aparatları ilə endirilib. Nəticədə 1 terrorçu məhv edilib. Onun yanında "Kalaşnikov" avtomatı, 10 dolu daraq və 4 əl qumbarası müəyyən edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiye-herbcileri-i-raqin-simalinda-3-terrorcunu-zerersizlesdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR