Kolleclərə qeydiyyat başladı

Kolleclərə qeydiyyat başladı
09:28 22 Avqust 2017
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən Azərbaycanın ali məktəblərinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, abituriyentlər avqustun 22-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR