“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin yeni versiyasını təqdim edib

“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin yeni versiyasını təqdim edib
10:35 22 Avqust 2017
Ölkə mətbuatı
A- A+

“Google” şirkəti “Android 8.0 Oreo” mobil əməliyyat sistemini təqdim edib. Şirkətin bloqunda yazılıb ki, yeni əməliyyat sistemi daha ağıllı, daha sürətli və daha güclüdür.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, sistem "şəkildə şəkil" və avto-tamamlama kimi funksiyalarla təchiz edilib. Yeni sistemdə daha təhlükəsiz müdafiə vasitələri nəzərdə tutulub, işləmə sürəti artırılıb, enerji sərfiyyatı optimallaşdırılıb.

“Google” şirkəti cari ilin mayında keçirilmiş “Google I/O” konfransında “Android 8.0” sistemini öncədən təqdim etmişdi. Sistemdə fon rejimində işləyən proqramlar üçün yeni məhdudiyyətlər tətbiq edilib ki, bu da qurğunun işini yaxşılaşdırmağa kömək edir. Bundan başqa, sistemin dizaynı üzərində işlənilib və bildirişlərin mövcudluğunu göstərən ikonkalar üçün beyclər əlavə edilib.

“Oreo” adlı yeni əməliyyat sistemi peçenyenin şərəfinə belə adlandırılıb.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-49657-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR