Samir Nəsri Türkiyə Super Liqasında

Samir Nəsri Türkiyə Super Liqasında
11:37 22 Avqust 2017
121 İdman
Ölkə mətbuatı
A- A+

Qael Klişi, Pepe, Neqredo, Soldado, Fernando, Qomiş, Matye Valbuena kimi futbolçulardan sonra Türkiyəyə daha bir ulduz gəlib.


Fanat.Az xəbər verir ki, "Antalyaspor" dünyaca tanınmış Samir Nəsri ilə müqavilə bağlayıb. Ötən gün Antalyaya gələn və "Akhisar"la oyunu tribunadan izləyən fransız ulduzla dünən anlaşmanın detalları müzakirə olunub. Ağdəniz komandası Əlcəzair əsilli fransızla 4 milyon avro, üstəgəl əlavə bonuslar qarşılığında 2 illik müqavilə imzalayıb. 


Hava limanında azarkeşlərin coşqu ilə qarşıladığı Nəsri tibbi müayinədən də keçib. "Mançester Siti" ilə hələ 2 ilik müqaviləsi olan və daha öncə 15 milyon avro qiymət qoyulan Nəsri üçün "Antalyaspor" əlavə xərc ödəməyəcək. Ancaq futbolçunun 2 illik müddətdə müəyyənləşdirilən sayda oyuna çıxması və və komandanın avrokuboklarda yer alması durumunda "qırmızı-ağlar" ingilislərə daha 3,5 milyon avro ödəməli olacaq.


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR