Səfirlik: İspaniyanın "Marca" qəzeti Dağlıq Qarabağla bağlı yanlışlığı aradan qaldırıb

Səfirlik: İspaniyanın "Marca" qəzeti Dağlıq Qarabağla bağlı yanlışlığı aradan qaldırıb
17:52 22 Avqust 2017
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycanın İspaniyadakı səfirliyi bu ölkənin məşhur "Marca" idman nəşrinin Dağlıq Qarabağla bağlı yol verdiyi yanlışlığına münasibət bildirib.
Səfirlikdən "Report"a verilən məlumata görə, "Futbol sərhədləri aşanda" adlı məqalədə Dağlıq Qarabağın Azərbaycana tabe olmayan ərazi kimi, "Qarabağ" futbol klubunun isə həmin əraziyə məxsusluğu ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.
"Azərbaycanın Ispaniyadakı səfirliyi tərəfindən məsələyə dərhal reaksiya verilib, "Marca" nəşrinin redaksiyası ilə əlaqə saxlanılaraq sözügedən məqalədə yer alan məlumatlara etiraz edilib. Eləcə də, həmin məlumatların korreksiya edilməsi və ya mətndən çıxarılması ilə bağlı redaktora yazılı müraciət ünvanlanıb", - deyə səfirliyin məlumatında qeyd olunub. 
Diplomatik nümayəndəlikdən bildirilib ki, "Qarabağ" futbol klubu da məsələ ilə bağlı "Marca" nəşrinə öz etirazını çatdırıb: "Görülən təxirəsalınmaz tədbirlər və səylər nəticəsində "Marca" nəşri bu gün adıçəkilən məqalədə müvafiq dəyişikliklər etməklə öz üzrxahlığını ifadə edib".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR