Bəxtiyar Hacıyev Elmlər Akademiyasını biabır etdi - 6 SƏRT SUAL

Bəxtiyar Hacıyev Elmlər Akademiyasını biabır etdi - 6 SƏRT SUAL
18:09 22 Avqust 2017
217 Digər
Ölkə mətbuatı
A- A+

 

Dünən dünyanın bütün aparıcı, nüfuzlu xəbər agentlikləri ABŞ ərazisi üzərindən canlı gözlə müşahidə edilən tam günəş tutulması hadisəsini izlədi. NASA (ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi) ABŞ ərazisində müxtəlif ştatlarda quraşdırdığı kameralar, teleskoplar, hətta sırf bu hadisə üçün xüsusi hazırlanmış "Gulfstream 3" təyyarəsi vasitəsi ilə davamlı canlı yayım etdi, dünyanın aparıcı agentlikləri bu yayıma qoşularaq, onu öz auditoriyalarına çatdırdılar. Milyonlarla insan yüz kilometrlərlə yol qət edərək, sırf bu əsrarəngiz təbiət hadisəsini canlı izləmək üçün tam günəş tutulmasının görüldüyü ərazilərə səyahət etdilər. Amerika üçün bu hadisəni əlamətdar edən fakt ondan ibarət idi ki, təxminən son 100 ildə ABŞ-ın qərb sahilindən şərq sahilinə qədər tam günəş tutulması hadisəsinin müşahidə edilməsi baş verməmişdi.

 

Ancaq günəş tutulması, yaxud tam günəş tutulması nadir, yüz ildə bir dəfə baş verən hadisə deyil. Müxtəlif illərdə, dünyanın müxtəlif yerlərində qismən, yaxud tam günəş tutulmasını müşahidə etmək olar. Azərbaycan mətbuatında bu hadisə ilə bağlı yayılmış xəbərlərdə isə növbəti günəş tutulmasının 2060-cı, bəzi media qurumlarının xəbərlərində isə 2035-ci ildə olacağı göstərilmişdi.

 

2060-cı il ilə bağlı məsələ mətbuatın texniki səhvidir. Türkiyə xəbər agentlikləri Türkiyədə tam günəş tutulmasının müşahidə oluna biləcəyi tarixi qeyd edib, Azərbaycan mətbuatı isə bunu, ümumiyyətlə, növbəti günəş tutulmasının 2060-cı ildə baş verəcəyi kimi təqdim edib.

 

Ancaq növbəti günəş tutulmasının 2035-ci ildə baş verəcəyini yayan xəbər agentlikləri bunu Azərbaycan Milli Elmlər Akademiyasının mətbuata göndərdiyi məlumata istinadən yayıblar.

 

Milli Elmlər Akademiyası isə bu məlumatı ru.wikipedia.org saytına istinadən yaydığını bildirir və öz rəsmi saytında "növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur" yazır.

 

Milli Elmlər Akademiyasının 21 avqust 2017-ci ildə baş verən tam günəş tutulması ilə bağlı mətbuata və ictimaiyyətə təqdim etdiyi bu məlumat qurumun qeyri-peşəkarlığını göstərir.

 

Birincisi, bütün dünyada “Wikipedia” kimi açıq mənbəli online ensiklopediyalar elmi qurumlara, elmi araşdırmaların nəticələrinə, elmi araşdırma mərkəzlərinin nəşrlərinə istinad edirlər, əksinə yox. Müstəqil bir dövlətin Milli Elmlər Akademiyasının ən azından NASA kimi mötəbər mənbələrə yox, “Wikipedia” kimi açıq mənbəli ensiklopediyaya, onun rus xidmətinin məqaləsinə istinad etməsi, qurumun qeyri-peşəkarlığının bariz nümunəsidir. Adətən, ciddi ali məktəblərdə, hətta bakalavr pilləsində təhsil alan tələbələrin wikipedia.org-a istinadən yazılmış kurs işlərinə də mənbə ilə bağlı iradlar bildirilir.

 

İkincisi, heç kim AMEA-dan NASA kimi "Gulfstream" təyyarəsi ilə tam günəş tutulması hadisəsini müşahidə etməyi gözləmirdi. Lakin heç olmasa, ictimaiyyətə və mətbuata təqdim edilən məlumatı dəqiq, peşəkar hazırlamaq olardı. AMEA başqa ölkələrin 2 dəqiqə 40 saniyəlik tam tutulma hadisəsindən istifadə edərək, illərlə gözlədikləri elmi təcrübələr apardığı bir hadisə haqqında, 2 paraqraf, 40 cümləlik dəqiq məlumat da yaya bilmədi. 

 

Üçüncüsü, hazırda ən azından 2199-cu ilə qədər, yəni növbəti 182 il ərzində qismən, yaxud tam günəş tutulmalarının hansı il, hansı gün, hansı saat, hansı dəqiqədə, dünyanın hansı koordinatlarında, hansı faizlə görünəcəyi, hansı ölkələrin üzərindən keçəcəyi, neçə saniyə davam edəcəyi ilə bağlı nəinki cədvəllər, hətta interaktiv xəritələr də var. Məsələn, siz 2070-ci ilin aprel ayında Ayın Günəşə hansı bucaq altında yaxınlaşması, tam günəş tutulmasının Yaponiyadan nə qədər məsafədə izlənə biləcəyini və s. məlumatları interaktiv xəritələrdə və videolarda izləyə bilərsiniz. Ancaq Milli Elmlər Akademiyası "ehtimal olunur" ifadəsindən istifadə edərək, hələ 2035-ci ildə baş verəcək tam Günəş tutulmasının da baş verəcəyinə əmin deyil.

 

Dördüncüsü, qurum "biz tam Günəş tutulmasını nəzərdə tutmuşuq" kimi açıqlama da verə bilər. Ancaq mətbuata və ictimaiyyətə dəfələrlə göndərilən, qurumun saytında yerləşdirilən məlumatda "növbəti Günəş tutulması" hadisəsinin 2035-də baş verəcəyi qeyd edilir. Halbuki, 2035-ci ilə qədər 10-dan çox tam, onlarla dəfə qismən Günəş tutulması baş verəcək. Qismən baş verən Günəş tutulmalarının bəzilərində Ay Günəşin böyük bir hissəsinin qarşısını kəsəcək, bəzilərində isə Ayın mərkəzi Günəşin mərkəzi ilə eyni xətt üzərinə düşsə də, Ayın radiusunun daha kiçik görünməsinə görə, Günəşin şüaları da Ay ətrafında görünəcək.

 

Beşincisi, Milli Elmlər Akademiyasının istinad etdiyi “Wikipedia” ensiklopediyasının rus bölməsində məhz 2035-ci ildə baş verəcək tam Günəş tutulması hadisəsi ilə bağlı xüsusi bir qeyd yoxdur. Əgər 2035-ci ilə qədər dəfələrlə Günəş tutulması hadisəsi baş verəcəksə, niyə məhz AMEA 2035-ci ili Azərbaycan mətbuatına və ictimaiyyətinə xüsusi qeyd edərək çatdırıb? Yəqin ki, bu sualın cavabını yanlış məlumatlandırılmış Azərbaycan mətbuatı AMEA rəsmilərindən soruşacaq.

 

Nəhayət, sual yaranır. Bütün dünya elm ocaqlarının maraqla izlədiyi, tədqiqatlar apardığı təbiət hadisəsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası niyə ru.wikipedia.org saytına istinadən məlumat yayır? Hətta o məlumatı da doğru yaya bilmir. Niyə?

 

Bəxtiyar Hacıyev

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Paytaxt məktəbinə Kərim Kərimovun adı verildi

27 Sentyabr 2017 00:09

Məsud Bərzani hökuməti bizə xəyanət etdi -

27 Sentyabr 2017 00:04

Giləzidə 196 ədəd partlamamış hərbi sursat aşkar edilib

27 Sentyabr 2017 00:02

Suriyada Rusiyaya məxsus vertolyot vurulub

26 Sentyabr 2017 23:57

Tramp: “Bu, kommunist ölkə üçün dəhşətli olacaq”

26 Sentyabr 2017 23:53

Sosial media cəmiyyəti aldadır - VİDEO

26 Sentyabr 2017 23:43

Səudiyyə Ərəbistanında ilk dəfə qadınların avtomobil sürməsinə icazə verilib

26 Sentyabr 2017 23:42

Moskvada bomba həyəcanı -

26 Sentyabr 2017 23:42

Üzeyir Hacıbəyli festivalı başa çatdı

26 Sentyabr 2017 23:29

“Qarabağ”ın rəqibində yeni müqavilə

26 Sentyabr 2017 23:24

4 otaqlı ev yandı

26 Sentyabr 2017 23:19

Azərbaycan neftinin qiyməti 60 dolları ötdü

26 Sentyabr 2017 23:18

Bakıda yaşlı qadını yük maşını vurub

26 Sentyabr 2017 23:17

İcra Hakimiyyəti küləyin fəsadları barədə -

26 Sentyabr 2017 23:16

Azərbaycan neftinin qiyməti 2015-ci ilin iyulundan ilk dəfə 60 dolları ötdü

26 Sentyabr 2017 23:12

Meksikadan Azərbaycana TƏŞƏKKÜR

26 Sentyabr 2017 22:58

Çilidə 5,1 bal gücündə zəlzələ baş verib

26 Sentyabr 2017 22:57

Dünyanın ən böyük ikinci almazı satılıb -

26 Sentyabr 2017 22:55

Avropa çempionatı: Belarus və Hollandiya voleybolçuları növbəti mərhələyə yüksəlib

26 Sentyabr 2017 22:37

ABŞ və Çindən sonra Rusiya da HAZIRLADI: Daha raketlər lazım OLMAYACAQ - FOTO/VİDEO

26 Sentyabr 2017 22:33

Rusiyanın bombardmançı təyyarələri terror təşkilatlarının mövqelərinə zərbələr endirib

26 Sentyabr 2017 22:33

"Kəpəz" - "Qəbələ" matçının yeri dəyişdirilib

26 Sentyabr 2017 22:22

Türkiyədə bina çökdü - Ölən və yaralanan var

26 Sentyabr 2017 22:18

Referendumun təşkilatçıları əməllərinə görə cavab verəcəklər -

26 Sentyabr 2017 22:15

ABŞ-dan Pxenyana qarşı əlavə sanksiyalar

26 Sentyabr 2017 22:14

İranda "Telegram" messencerinin yaradıcısına qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 22:12

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 22:03

Filippin prezidentini qətlə yetirmək istədilər -

26 Sentyabr 2017 22:00

“Adamyeyənlər ət satışı üçün yer axtarırdılar” - Hanniballar ailəsi barədə ŞOK DETALLAR

26 Sentyabr 2017 21:53

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 21:50

Türkiyə ordusu İraqla sərhəddə hərbi təlimləri genişləndirib

26 Sentyabr 2017 21:44

İran sərhədlərini gücləndirir

26 Sentyabr 2017 21:38

Meksika təbii fəlakətlə əlaqədar göstərdiyi dəstək və həmrəyliyə görə Azərbaycana minnətdarlıq edib

26 Sentyabr 2017 21:37

Bağdad kürd muxtariyyətinə üç gün vaxt verdi

26 Sentyabr 2017 21:34

Türkiyəli jurnalist Qurban Qurbanova hədiyyə verdi

26 Sentyabr 2017 21:28

Rusiya İraqın ərazi bütövlüyünün tərəfdarıdır -

26 Sentyabr 2017 21:28

Şimali koreyalı futbolçunu ağladan qadağa

26 Sentyabr 2017 21:19

İraq kürd muxtariyyətinə 3 gün vaxt verdi

26 Sentyabr 2017 21:14

Deputat həmkarını iclas zamanı nokauta saldı - FOTO

26 Sentyabr 2017 21:13

BƏƏ mütəxəssisləri Heydər Əliyev hava limanının əməkdaşlarına təlimlər keçir

26 Sentyabr 2017 21:12

"Facebook" rəsmən xəbərdar edildi -

26 Sentyabr 2017 21:10

ABŞ Senatının komitəsi Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib

26 Sentyabr 2017 21:02

Səudiyyə kralından tarixi qərar

26 Sentyabr 2017 20:58

Pentaqon rəhbəri Hindistana səfər edib

26 Sentyabr 2017 20:50

Bakıda pulsuz vayfay olan ərazilər genişləndi - TAM SİYAHI

26 Sentyabr 2017 20:48

Türkiyə XİN başçısı: “Bundan sonra Türkiyəyə gəlmə, Bağdadda görüşəcəyik”

26 Sentyabr 2017 20:47

Bakıda pulsuz "Wi-Fi" olan ərazilər genişləndi -

26 Sentyabr 2017 20:41

İsveçdə tank qatarla toqquşub

26 Sentyabr 2017 20:37

17 il həbs cəzası alan şəxsin şikayətinə baxılır

26 Sentyabr 2017 20:34

Bərzaniyə 3 gün vaxt VERİLDİ

26 Sentyabr 2017 20:33