Prezident Şəmkir və Gədəbəyə pul ayırdı - SƏRƏNCAM

Prezident Şəmkir və Gədəbəyə pul ayırdı - SƏRƏNCAM
18:34 22 Avqust 2017
177 Digər
Ölkə mətbuatı
A- A+

 

Prezident İlham Əliyev Şəmkir şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, sərəncama əsasən, Şəmkir şəhərində qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 54 mənzilli 1 yaşayış binasının tikintisi üçün Şəmkir Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Gədəbəy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR