Polşanın eks-prezidenti Lex Valensaya qarşı cinayət işi açılıb

Polşanın eks-prezidenti Lex Valensaya qarşı cinayət işi açılıb
18:42 22 Avqust 2017
184 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 avqust. REPORT.AZ/ Polşanın keçmiş prezidenti, Nobel Sülh Mükafatı laureatı Lex Valensaya qarşı cinayət işi açılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Mətbuat Agentliyi məlumat yayıb.
O, 1970-ci illərdə kommunistlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.
Qeyd edək ki, bir müddət əvvəl Lex Valensa bu sayaq ittihamları rədd etmişdi.
Xatırladaq ki, o, 1990-1995-ci ildə Polşanın prezidenti olub. Lex Valensa ölkəsində və Avropada keçmiş SSRİ-yə qarşı mübarizə aparmış liderlərdən sayılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/polsanin-eks-prezidenti-lex-valensaya-qarsi-cinayet-isi-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR