Barselona terrorunda şübhəli bilinən əsas silahlı məhv edildi

İspaniyanın Barselona şəhərində mikroavtobusu piyadaların üzərinə sürən Mərakeş əsilli Yunus Əbuyaqub məhv edilib.

Metbuat.az-ın məlumatına görə,terrorçu Barselona şəhərindən 50 km məsafədə yerləşən Sabirats qəsəbəsində təşkil edilən xüsusi əməliyyat zamanı zərərsizləşdirilib. Kataloniya polisindən bildirilib ki, terrorçunun yeri barədə onlara yerli sakinlər məlumat verib.

Qeyd edək ki, Barselona və Kambrlisdə törədilən terror aktları zamanı ümumilikdə 15 nəfər həyatını itirib.130-dan çox insan yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.  

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR