Ayrıldığı deyilən müğənni haqda şok iddia - FOTOLAR

Ayrıldığı deyilən müğənni haqda şok iddia - FOTOLAR
19:38 22 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Ayrıldığı deyilən müğənni Demet Akalın və əri Okan Kurtla bağlı yeni xəbər var.

Publika.az Türkiyə mətbuatına istinadən bildirir ki, Demet ötən gün İnstaqram hesabında bir fotosunu paylaşıb.

Şəklin altına həmkarı Seren Serengil “Nə gözəlləşmisən, hamiləsən?” şərhini yazıb. Bundan sonra hər kəs Akalını təbrik edib.

İfaçı özü hamilə olub-olmaması ilə bağlı açıqlama verməyib, lakin onun ayrılıq xəbərini yalanladığı bildirilir.

Qeyd edək ki, 32 milyon lirəlik (təxminən 16 milyon manat) əmlakı müsadirə olunduqdan sonra Demetlə Okan arasında problemlər yaşanmış, cütlüyün ayrıldığı bildirilmişdir.

Xatırladaq ki, 2012-ci ildən ailəli olan Akalın və Kurtun bir qızları var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR