Quran kurslarına hücum təşkil edildi

Quran kurslarına hücum təşkil edildi
02:36 9 Yanvar 2015
116 Dünya
Ölkə mətbuatı
A- A+

Yəməndə fəaliyyət göstərən Husilər hərəkatı bir sıra hücumlar həyata keçirib.

ANS PRESS-in məlumatına görə, Husilər hərəkatı Yəməndə tanınan din xadimi şeyx İbrahim əl-Həziminin evinə bombalı hücum təşkil ediblər. Bundan başqa, Ərhab rayonunda kəndlərdən birindəki qəbilə üzvünün evinə basqın edərək 7 nəfəri qaçırıblar.

Təhlükəsizlik mənbələrindən bildirilib ki, Husilərin əl-Həziminin evinə hücum etməyinin səbəbi, şeyxin Yəməndə Müsəlman Qardaşlar Təşkilatının (İhvan) siyasi qolu olan İslah partiyasına dəstək olması olub.

7 nəfərin qaçırılmasında isə qeyri-qanuni din təhsili ilə məşğul olmaqları əsas göstərilir.

Bildirilir ki, Husilər Ərhabda “təkfirçi” olaraq qəbul etdikləri şəxslərə yardım edənləri qaçırıb, öndə gələn qəbilə liderlərinin evlərinə və Quran kurslarına hücum təşkil ediblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318569

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR