Durmuşlar kəndi yerində durmadı

Durmuşlar kəndi yerində durmadı
02:46 9 Yanvar 2015
142 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Qaziantəp vilayətində maqnitudası 4,6 bal gücündə olan zəlzələ meydana gəlib.

ANS PRESS-in məlumatına görə, Qaziantəp vilayətinin Nurdağı rayonu Durmuşlar kəndi sakinləri ötən gün axşam saatlarında orta şiddətli zəlzələnin şahidi olublar. Qısa bir müddət davam edən zəlzələ vilayətin digər rayon və kəndlərində də hiss edilib.

Boğaziçi Universitetinin Kandilli rəsədxanası və Zəlzələlərin Araşdırılması İnstitutundan verilən açıqlamada yeraltı təkanların Bakı vaxtı ilə 22:44-də baş meydana gəldiyi, yerin 8,8 kilometr dərinliyində qeydə alındığı bildirilir.

Sözügedən yeraltı təkandan 19 dəqiqə sonra daha bir zəlzələ olub. Lakin əvvəlki ilə müqayisədə bu təkan zəif hiss edilib.

Ardıcıl meydana gələn yeraltı təkanlar sakinlərdə təşvişə səbəb olub.

Hadisə nəticəsində dağıntı və xəsarət alan olmayıb

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318570

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR