ABŞ 2024-cü ildə yay Olimpiya oyunlarının keçirilməsi üçün Bostonun namizədliyini irəli sürüb

ABŞ 2024-cü ildə yay Olimpiya oyunlarının keçirilməsi üçün Bostonun namizədliyini irəli sürüb
04:53 9 Yanvar 2015
178 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

ABŞ Olimpiya komitəsi cümə axşamı bildirib ki, 2024-cü ildə XXXIII yay Olimpiadasının keçirilməsi üçün Bostonu şəhər-namizəd kimi seçib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə xəbər verir.

Boston (Massaçusets ştatı) milli müsabiqədə Vaşinqton, San-Fransisko və Los-Anceles şəhərlərinə qalib gəlib.

Bostonun bir sıra güclü potensial rəqibləri, o cümlədən Rusiyanın Sankt-Peterburq, Kiyev, Berlin, İstanbul, Melburn, Nayrobi və Yohannesburq kimi şəhərlər olacaq. ABŞ hesab edir ki, onların şansları 2024-cü ildə Oyunların keçirilməsi üçün yüksəkdir, çünki o vaxtadək Şimali Amerikada yay Olimpiya oyunları artıq 28 il ərzində aparılmayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2351213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR