Suriyada iki şəhərin müdafiəçiləri 70-dən çox "Cebhat ən-Nusra"nın yaraqlılarını məhv ediblər

Suriyada iki şəhərin müdafiəçiləri 70-dən çox "Cebhat ən-Nusra"nın yaraqlılarını məhv ediblər
06:28 9 Yanvar 2015
281 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Suriyada milli müdafiə qüvvələrinin döyüşçüləri cümə axşamı Hələb şəhərindən 30 kilometr şimalda yerləşən Əz-Zəhra və Nobul şəhərlərinin yaxınlığında "Cebhat ən-Nusra" qruplaşmasının 70-dən artıq silahlı ekstremistlərini məhv ediblər. Trend TASS agentliyinə istinadən bu barədə xəbər verir.

"Əl-Manar" telekanalının məlumatına görə, iki mühasirəyə alınmış şəhərin müdafiəçiləri dörd gün ərzində düşmənin hücumlarını uğurla dəf edib, sonra isə preventiv əməliyyat keçiriblər. Hərbi toqquşmalar zamanı onlar beş zirehli maşın vurub və əlavə bir maşını da ələ keçirərək onun ekipajını əsir götürüblər.

Əz-Zəhra və Nobulun mühasirəsi təxminən iki il davam edir. Ərzaq, dava-dərman və döyüş sursatı orada qalan sakinlərə (təxminən 60 min nəfər) helikopterlər vasitəsilə çatdırılır.

"Əl-Manar"ın məlumatına görə, ötən dörd gün ərzində yaşayış məntəqələrinə 250-dən çox mərmi buraxılıb. Güclü dağıntılar barədə məlumatlar olub, ölən yoxdur.

Suriya Hərbi Hava Qüvvələri cümə axşamı Əz-Zəhra və Nobulu ələ keçirməyə çalışan quldur birləşmələrinə zərbələr yönəldiblər.

Ölkənin şimalında bu iki dayaqların nəzarət altında saxlanılması hökumət qüvvələri üçün strateji əhəmiyyət kəsb edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR