Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

Ukraynanın Xarkov şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq.

Ukraynanın xalq rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanov  bildirib ki, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Xarkovda açılacaq Mədəniyyət Mərkəzinin sənədləşmə işləri artıq yekunlaşıb.

Mərkəzin nəzdində ART Qalereya və Heykəl Parkı da olacaq.

S.Qurbanov deyib ki, Xarkovda erməni diasporunun güclü olmasına baxmayaraq, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin birbaşa təkidi ilə Mədəniyyət Mərkəzi şəhərin mərkəzində, erməni kilsəsinin yanında açılacaq:

“Azərbaycanın Ukraynadakı səfirliyi ilə sıx əməkdaşlığımızın nəticəsidir ki, Kiyevin mərkəzində Müslüm Maqomoyev adına park da salınacaq və orada onun heykəli ucaldılacaq. Bu günlərdə Ukrayna Prezidenti Petro Poroşenko tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” mükafatına layiq görülməyimdə də səfir Azər Xudiyevlə birgə layihələrimizin böyük təsiri olub”. //Trend

DSX-nin ilk qadın pilotu, amansız ölüm... - VİDEO - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR