Tarixi zəfərdən 95 il keçir -

Bu gün Türkiyədə Zəfər bayramının 95-ci il dönümü və Türk Silahlı Qüvvələri Günü qeyd olunur.

Metbuat.az-ın məlumatına görə, bu məqsədlə paytaxt Ankara və digər şəhərlərdə müxtəlif tədbirlər təşkil olunub. Prezident Rəcəb Tayyib Ərdoğan və ölkənin digər yüksək rütbəli rəsmiləri Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər.

Qeyd edək ki, 1922-ci il avqustun 30-da Mustafa Kamalın rəhbərliyi altında toplaşan vətənpərvər qüvvələr Osmanlı dövlətini işğal etməyə çalışan işğalçı qüvvələri məğlub edib. 

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR