"Azərbaycanla oyuna xüsusi əhəmiyyət veririk" -

Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsində növbəti matçda rəqibi olan Norveçlə yığmasının baş məşqçisi Lars Laqerbek açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, təcrübəli mütəxəssis yığmamıza və Almaniya millisinə qarşı keçirəcəkləri oyunlar haqda danışıb.

Onun fikrincə, cari seçmə mərhələdə uğursuz çıxışa görə ümidsizliyə qapılmaq olmaz:

"Qrupda nəticələrimiz xoşagələn olmasa da, vəziyyətimizi yaxşılaşdıra bilərik. Bunun üçün qalan oyunlarda qalib gəlməyimiz lazımdı. Futbolçular qələbə sayəsində böyüyüb inkişaf edirlər. Şanslarımızın olmadığını bilirik. Azərbaycan və Almaniya ilə matçlara xüsusi əhəmiyyət veririk. Son 3 matçda 2 xal toplasaq, əlbəttə, yaxşı nəticə sayıla bilməz. Üzərimizdə təzyiq olmasa da, yaxşı nəticəyə ümid edirik".

Xatırlıadaq ki, Norveç sentyabrın 1-də millimizlə, bundan 3 gün sonra Bundestimlə üzləşəcək.//Qol.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR