Ruhani Səudiyyə Ərəbistanı ilə barışmaq üçün şərtini açıqladı

İran prezidenti Həsən Ruhani dövlət telekanalına açıqlamasında Səudiyyə Ərəbistanı ilə gərginliyə toxunub.

Metbuat.az-ın məlumatına görə, o bildirib ki, ölkələr arasında əlaqələrin yaxşılaşmasına əngəl törədən Ər-Riyadın Yəmən və Suriyadakı bəzi terrorçu qruplaşmaları dəstəkləməsidir. Ruhani Səduiyyə Ərəbistanıni qruplaşmalara dəstək verməyi dayandırmağa çağırıb.

Onun sözlərinə görə, bu fikir ayrılıqları aradan qalxsa, ölkələr arasında münasibətlərin normallaşması üçün ciddi maneə qalmayacaq.  

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR