ABŞ dövlət katibinin köməkçisi yanvarın 21-də Kubaya səfər edəcək

07:02 9 Yanvar 2015
88 Dünya
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 06:39 ]

Bakı-APA. ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Robert Ceykobson yanvarın 21-22-də Kubaya səfər edəcək.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.  

 

Məlumatda qeyd olunur ki, səfərin məqsədi miqrasiya məsələləri daxil olmaqla, iki dövlət arasında münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparılmasıdır.  

 

Bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Kubada ABŞ səfirliyi açılandan sonra dövlət katibi Con Kerri və prezident Barak Obamanın Havanaya səfər edəcəklərini bildirib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR