ABŞ rəsmisi ilk dəfə Kubaya səfər edəcək

ABŞ rəsmisi ilk dəfə Kubaya səfər edəcək
07:09 9 Yanvar 2015
102 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Robert Ceykobson yanvarın 21-22-də Kubaya səfər edəcək. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.  

 

Məlumatda qeyd olunur ki, səfərin məqsədi miqrasiya məsələləri daxil olmaqla, iki dövlət arasında münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparılmasıdır.  

 

Bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Kubada ABŞ səfirliyi açılandan sonra dövlət katibi Con Kerri və prezident Barak Obamanın Havanaya səfər edəcəklərini bildirib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR