Əsədin iqamətgahını vuracağıq -

Ötən həftə Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Binyamin Netanyahu arasında Soçidə baş tutan təkbətək görüşün bəzi detalları məlum olub.

Metbuat.az-ın məlumatına görə, İranın Suriyada hərbi fəaliyyəti ilə bağlı planları Netanyahunun narazılığına səbəb olub. İddialara görə, Netanyahu Putinə xəbərdarlıq edib ki, Tehran Suriyada fəaliyyətini genişləndirsə, Təl-Əviv prezident Bəşər Əsədin iqamətgahına aviazərbələr endirəcək.

Qeyd edək ki, xarici mətbuatda İranın Suriya, Yəmən və Livanda hərbi fəaliyyətini genişləndirmək üçün ciddi səy göstərdiyi barədə xəbərlər yayılıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR