Ölkədə maşın bahalaşacaq

Ölkədə maşın bahalaşacaq
07:56 9 Yanvar 2015
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycana xaricdən gətirilən avtomobillərə görə ödənilən aksiz vergisini məbləğləğinin artırılması avtomobil bazarına indidən öz təsirini göstərib. Maşın bazarında nəinki yeni, hətta bir neçə ay öncə ölkəyə gətirilən avtomobillərdə də qiymət artımı var. Alıcı qıt olsa da satıcılar qiymətin qarşıdakı aylarda daha da artacağını deyirlər

Son dəyişikliklərə diqqət yetirəndə bəlli olur ki, mühərrikinin həcmi daha yüksək olan avtomobillərdə qiymət artımları müşahidə ediləcək. Məsələn, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə qiymət artımları hətta 10 min manatdan da yüksək olacaq. Xüsusən də yeni istehsal olunan, işlənməmiş avtomobillərdə daha ciddi qiymət artımlarının olacağı gözlənilir. Mühərrikin həcmi 4 000-5 000 kubsantimetr olan avtomobillərdə 6 600 manatadək . Mühərrikin həcmi 2 000 kubsantimetrə qədər olan avtomobillərdə isə cüzi xərc artımları gözlənilir. Bu avtomobillərin ölkəyə idxal xərci 100 manatdan çox artmayacaq.

Əgər bu avtomobillərdə qiymət artımı müşahidə ediləcəksə o zaman o süni qiymət artımı olacaq. Avtomobil idxalına tətbiq edilən aksiz vergilərinin artırılması bu il avtomobil idxalını azaltmaqla yanaşı, ölkəmizə daha çox mühərrik həcmi kiçik olan maşınların gətirilməsinə səbəb olacaq.

Qiymət artımları mühərrik həcmi böyük olan avtomobillərə tələbin azalmasına səbəb olacaq ki, bu da bahalı maşınların satışında durğunluq ilə ifadə olunacaq. Əksinə, mühərrik həcmi kiçik olan avtomobillərin satışının çoxalacağı gözlənilir.

Vergi məcəlləsində edilən dəyişikliyə görə, əgər gətirilən avtomobilin mühərrik həcmi 2 min kubsantimetrə qədərdirsə, hər kubsantimetrə görə, 15 yox, 20 qəpik aksiz tutulacaq. 3000 kubsantimetrə qədər 400 manat və əlavə olaraq 2 000 kubsantimetrdən artıq hissəsinin hər kubsantimetri üçün 1,5 manat aksiz ödəniləcək. 4 000 kubsantimetrədək mühərrik üçün 1 900 manat və əlavə olaraq 3 000 kubdan artıq hissənin hər kubsantimetrə görə 4 manat olacaq.

Yeni dərəcələr aksiz vergisinin kifayət qədər artımına səbəb olacaq. Məsələn, əgər siz indiyədək 3,5 mühərrikə malik avtomobili ölkəyə gətirərkən 2 300 manat aksiz ödəyirdinizsə, indi bu 3 900 manat olacaq. Məcəlləyə daha iri mühərrikli maşınlar üçün 2 bənd salınıb. Mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 5 900 manat və əlavə olaraq 4 000-dən artıq hissənin hər kubsantemetrinə görə 8 manat, mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 13 900 manat və əlavə olaraq qalan hissənin hər kubuna 10 manat tutulacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR