Ancelina Coli Papanı öpdü (VİDEO)

Ancelina Coli Papanı öpdü (VİDEO)
08:16 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Məşhur aktrisa Ancelina Coli katoliklərin dini lideri Papa Fransisk ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, məşhur aktrisa Hollivud aktrisası Ancelina Coli katoliklərin lideri Papa Fransisk ilə bir araya gəlib.Onların görüşü Romada baş tutub.

Coli İtaliyada rejissoru olduğu 'Unbroken' filminin təqdimatından sonra papayla görüşərək söhbət edib. Aktyor Bred Pitin də orada olacağı söylənilsə də, 39 yaşlı aktrisa tək olub.

O, papayla görüşəndə onun üzüyündən öpüb, Vatikan rəhbəri isə ona hədiyyə verib.

Coli sonda jurnalistlərə filmin mahiyyəti haqqında danışıb və Roma Papasıyla görüşün qürurverici olduğu bildirib.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR