Parisdə terror aktı törədən şəxslərdən biri “Əl Qaidə”-nin düşərgəsində təlim keçib

08:22 9 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 07:57 ]


Bakı-APA. Parisdə “Charlie Hebdo” nəşrinin redaksiyasına hücum edən qardaşlardan biri 2011-ci ildə “Əl Qaidə” terror qruplaşmasının Yəməndəki düşərgəsində təlim keçib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə,  34 yaşlı Səid Kuaşi “Əl Qaidə” düşərgəsində bir neçə ay təlim keçib. Onun 32 yaşlı qardaşı isə 10 il əvvəl İraqdakı silahlılara qoşulmaq cəhdinə görə 1,5 il azadlıqdan məhrum olunub.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368485

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR