“Qarabağ”dan gələn təklifə təəccübləndim" -

“Əvvəlcə “Qarabağ”dan gələn təklifə təəccübləndim. PAOK-da vəziyyət yaxşı deyildi. Başa düşürdüm ki, komandanın Avropa Liqasında qrupa vəsiqə qazanmaq şansı azdır”.

Metbuat.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Pedro Enrike deyib. 

Braziliyalı yarımmüdafiəçi “Arena Press” qəzetinə açıqlamasında Ağdam klubuna keçidi haqda danışıb: 

“PAOK son günlər yeni transferlər etdi. Mən isə daha çox oynamaq istəyirdim. Düzdür, PAOK-da qalmaq istəyirdim. Ancaq artıq 27 yaşım var, daha çox oynamalıyam. Salonikidə unudulmaz anlar yaşadım, kubok qazandıq. Ancaq futbol da sürətlə dəyişir. Əminəm ki, PAOK-a qayıdacam. Bu komandanın qapıları mənim üçün bağlanmayıb”.

Pedro “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının seçiminə böyük təsir etdiyini vurğulayıb: “Qarabağ”da oynamaq mənə maraqlı gəldi. Çempionlar Liqasında iştirak etmək hər vaxt nəsib olmur. Bəlkə də PAOK-a qayıdanda orda da ÇL-in qrup mərhələsində çıxış edəcəm”.//Qol.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR