Gürcüstan hökuməti Saakaşvilinin ekstradisiyası üçün Kiyevə müraciət edib

Gürcüstan hökuməti keçmiş prezident və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin həbsi və ekstradisiyası üçün Kiyevə müraciət edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə onlara Gürcüstan Baş Prokurorluğundan sorğu göndərilib. Müraciətdə Saakaşvilinin siyasi fəaliyyətinə görə ittiham olunmayacağı və üçüncü ölkəyə təhvil verilməyəcəyinə dair təminat verilib.

Qeyd edək ki, hazırda Avropada olan Saakaşvilinin 5 gün sonra Ukraynaya geri dönəcəyi gözlənilir. 

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR