Bakıda yollar buz bağladı (VİDEO)

Bakıda yollar buz bağladı (VİDEO)
08:31 9 Yanvar 2015
170 Sosial
Ölkə mətbuatı
A- A+

Ölkədə müşahidə olunan kəskin soyuq hava şəraiti artıq paytaxtda nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

ANS PRESS-in məlumatına görə, əsas magistrallardan sayılan Bakı-Sumqayıt və Bakı Dairəvi yolunda hərəkət demək olar ki, iflic olub. Çovğun səbəbi ilə Bakı dairəvi yolunun bəzi hissələrində asfalt örtük buz bağlayıb.

Güclü qarla bağlı Dairəvi yoldan Biləcəri və Badamdar qəsəbəsi istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri yolda qalıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısından da Badamdar şossesinə doğru yol hərəkətsizdir. Yoxuşu qalxmaqda çətinliklə üzləşən bəzi nəqliyyat vasitələrinə isə yoldan keçən insnalar kömək edib.

"Azəryolservis" ASC və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən aldğımız məlumata görə, artıq bu saatlardan şəhərin əksər küçələrində yolun təmizlənməsinə başlanılıb.







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR