Ali məhkəmə Şərqi Avropa ölkələrinin tələbini rədd etdi -

Avropa İttifaqının Ali məhkəməsi quruma üzv ölkələrin qaçqın qəbuluna dair qərar verib.

Metbuat.az bildirir ki, qərarə görə, Macarıstan və Slovakiyanın qaçqın qəbuluna qarşı çıxması barədə tələbi rədd edilib.

Qeyd edək ki, bir müddət əvvəl Avropa Şurası bəzi şərqi Avropa ölkələrinin etirazlarına baxmayaraq mühacirlərin yerləşdirilməsi barədə planı təsdiq etmişdi. Plan Yunanıstan və İtaliyaya yerləşən 160 min qaçqının başqa ölkələrə köçürülməsini nəzərdə tutur. Lakin hələ ki, 24 min insan köçürülüb.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR