"İrma" qasırğası təsirini göstərməyə başladı

Karib dənizinin şimal-şərq hissəsini təsiri altına alan “İrma” qasırğası Dominikan Respublikası, Haiti, Kuba və Barbadosa ziyan vurub.

Metbuat.az-ın məlumatına görə, bəzi ərazilərdə elektrik xətləri qırılıb, rabitə sistemi tamamilə sıradan çıxıb. Qasırğanın şiddətinin 2 gün sonra daha da artacağı gözlənilir. Hazırda küləyin sürəti saatda 295 km təşkil edir.

Təhlükə ilə əlaqədar ABŞ-ın Florida ştatında, Puerto-Riko və Vircin adalarında fövqəladə vəziyyət elan edilib.  

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR