Gürcüstanda xilasedicilər iki Latviya vətəndaşını qar əsirliyindən çıxarıblar

Gürcüstanda xilasedicilər iki Latviya vətəndaşını qar əsirliyindən çıxarıblar
08:53 9 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstan, Tbilisi, 9 yanvar /Trend, müxbir N.Kirtsxalia/

Gürcüstan Daxili İşlər Nazirliyinin Xilasetmə xidmətinin nümayəndələri Xaç aşırımında qalan iki latviyalı turisti təhlükəsiz yerə göndəriblər.

Gürcüstan DİN-dən Trend-ə verilən məlumata görə, xilasetmə əməliyyatı bir neçə saat davam edib və bu gecə uğurla başa çatıb.

Xilasetmə əməliyyatı 112-yə iki turistin Xaç aşırımından çıxa bilməməsi barədə daxil olan məlumatdan sonra başlayıb. Bir neçə gün Gürcüstan dağlarında güclü qar müşahidə olunub. Qar və çovğun səbəbindən ölkənin avtomobil yollarının bəzi hissələrində hərəkət məhdudlaşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR