Azərbaycanlı ana İranda necə əsir oldu?

Azərbaycanlı ana İranda necə əsir oldu?
09:05 9 Yanvar 2015
264 Sosial
Ölkə mətbuatı
A- A+

Övlad sahibi olmaq yanğısı bir azərbaycanlı qadını İranda, sözün əsl mənasında, əsir edib. Qadın İran xəstəxanalarına verməyə pul tapa bilmədiyi üçün qonşu ölkədə girov qalıb. Hazırda ailə üzvləri xəstəxana xərclərinin ödənilməsi üçün Nardaran qəsəbəsində maliyyə dəstəyi axtarırlar. Bizə dost və din qardaşı sayılan İran bir azərbaycanlı ailəni evindən-eşiyindən didərgin salıb.

Milli.Az-ın redaksiyasına Nardaran qəsəbəsindən ilginc məlumat daxil olub. Məlumata görə, qəsəbədə yaşayan ailə (adların etik qaydalara görə göstərilməsini məqsədəuyğun bilmədik) uzun müddət övladlarının olmaması ilə əlaqədar müalicə məqsədilə mütəmadi İran İslam Respublikasına səfərlər ediblər. Alınan müalicələr uğurlu olub və nəticədə ailənin xanımı hamiləlik yaşayıb.

Müayinə məqsədilə hamiləliyin yeddinci ayında İranın Ərdəbil şəhərinə növbəti səfəri zamanı ailənin xanımı yaranmış vəziyyətə görə, Ərdəbil ostanlığının Meşkin şəhərində təcili qısa müayinə olunub. Sonra isə Ərdəbil şəhərinin "Bu-Əli" özəl xəstəxanasında vaxtından əvvəl hamiləlikdən azad olub. Uşaq xətəxananın vaxtından tez anadan olmuş (yeddinci ayında) uşaqlar üçün nəzərdə tutulan barokameraya yerləşdirilib, nəticədə vəziyyəti yaxşılaşıb.

Ailənin bəlaları isə bundan sonra başlayıb. Xəstəxana xidmətə görə, ailə başçısından 22 min manat pul ödəməyi tələb edib. O isə belə bir məbləğin onda olmadığını bildirib.

Təyin olunmuş müalicə pulunu ödəmədiyinə görə, hazırda uşaq xəstəxanadan buraxılmır. Bu azmış kimi ailənin qohumlarından xəstəxana rəhbərliyinin müraciəti əsasında İranın aidiyyəti orqanları tərəfindən pasportları alınıb.

Elvin
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR