Kimyəvi zəhərlənmələrin statistikası açıqlandı

Cari ilin səkkiz ayı ərzində kimyəvi zəhərlənmələrin statistikası açıqlanıb.

Metbuat.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu gün keçirilən konfransda deyib ki, 1121 nəfər xəstəxanaya müraciət edib. Onlardan 165 nəfəri dəm qazı, 56 nəfər spirtli içki, 544 nəfər dərman, 4 nəfər qaraqurd sancması, 6 nəfər göbələk zəhərlənmələri, 111 nəfər allergik reaksiyalar, 83 nəfər ilan sancması nəticəsində müalicə olunaraq evə buraxılıb. Sirkə turşusu ilə zəhərlənən 111 nəfərdən 2 nəfərin vəziyyəti kəskin ağır olduğundan onların həyatını xilas etmək mümkün olmayıb.

Azər Maqsudov ayrı-ayrı bölgələrdən, o cümlədən Hacıqabul, Şamaxı, Yevlax, Bərdə, Tovuz, Şəmkir, Qazax, Astara və Lənkəran rayonlarından toksiki zəhərlənmə nəticəsində onlara müraciət edən xəstələrin olduğunu qeyd edib.

Aysel Yaqubqızı / Metbuat.az

"Evdə konservləşdirilmiş məhsul hazırlamayın" - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR