Bakıda müəllim vəhşiliyi - FOTO

Bakıda müəllim vəhşiliyi - FOTO
09:22 9 Yanvar 2015
131 Digər
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkədə Bakıda müəllimin azyaşlı məktəbli qıza qarşı etdiyi vəhşiliyin görüntüləri yayılıb.

Anspress-in məlumatına görə, "Facebook"da "Sancaq" səhifəsində yerləşdirilən məlumatda deyilir ki, Yasamal rayonu 53 saylı orta məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Hacıyeva birinci sinifdə oxuyan balaca məktəbli qıza qarşı zorakılıq və vəhşilik edib.

Belə ki, müəllimin balaca qızın saçını dibindən yolduğu və döydüyü iddia olunub. Səbəb isə birinci sinif şagirdinin yazını yaxşı yazmamağı olub.

Məsələ ilə əlaqədər Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov anspress-ə açıqlamasında bildirdi ki, hazırda baş verən hadisə ilə bağlı məlumatları yoxdur: "Bununla bağlı araşdırma aparılacaq".

Milli.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR