Xərçəng xəstələrinə şad xəbər var

Xərçəng əməliyyatlarında ən böyük risk həkimlərin xərçəng hüceyrələri ilə sağlam toxumalar arasındakı sərhədi düzgün təyin etməmələri olur. Ancaq yeni kəşf edilən “qələm” xərçəngli toxumanı 10 saniyədə ayıra bilir.

Metbuat.az xəbər verir ki, Texas Universitetində mütəxəssis komanda tərəfindən hazırlanan qələm ölçüsündəki cihaz on saniyə içində xərçəngli toxumanı sağlam toxumadan ayıra bilib. Əldə daşına bilən “qələm” ağciyərlərdən, yumurtalardan, treoidlərdən və döşdən alınan xərçəngli toxuma və sağlam toxumalardan ibarət 253 insan toxuması üzərində yoxlanılıb.

Cihaz, sağlam hüceyrələrdən olduqca fərqli olan xərçəng hüceyrələrini müəyyən etmək üçün şübhəli yerə vurulub və ora kiçik su damcısı qoyulub. Canlı hüceyrələrdə olan kimyəvi maddələrin nüfuz etdiyi damcı qələm tərəfindən analiz edilmək üçün təkrar alınıb. Qələm böyüklüyündəki cihazın apardığı bütün işlər on saniyə içərisində həyata keçirilib. Cihaz daha sonra minlərcə kimyəvi maddəni eyni anda ölçə bilən spektrometrə ilişib. Spektrometr həkimlərin necə bir toxuma ilə qarşı-qarşıya olduqlarını göstərən kimyəvi barmaq izi istehsal edib. Böyük sensasiya yaradacaq “qələm” 96 faiz müvəfəqiyyət göstərib və mövcud texnologiyadan 150 qat aha sürətlə nəticə verib.

Elm adamları bu texnologiya ilə şişləri daha sürətlə götürmək imkanının olduğunu bildirib. Gələn il xərçəng əməliyyatlarında bu üsuldan istifadə edilməyə başlanılacaq.

Aysel Yaqubqızı / Metbuat.az

Baş ağrısını yox edən qarışıq - XALQ TƏBABƏTİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR