Bakıda peyntbol üzrə "Yeni il yarışı" keçirilib - FOTO

Bakıda peyntbol üzrə "Yeni il yarışı" keçirilib - FOTO
09:37 9 Yanvar 2015
164 Sosial
Ölkə mətbuatı
A- A+

Bu günlərdə Bakı şəhəri, “Af Hotel Novxanı”da yerləşən “AF Peyntbol Mərkəzi”ndə Milli Olimpiya Komitəsi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Sport Service Company”nin dəstəyi ilə mətbuat nümayəndələri, estradamızın ulduzları, aktyor və rejissorlar arasında peyntbol üzrə “Yeni il yarışması” keçirilmişdir.

Hər komandada 4 nəfər olmaqla, yarışmada 4 komanda iştirak etmişdir. Yarışma çox dinamik, rəngarəng və şən keçmişdir. Rejissor Samir Kərimoğlunun kapitanlıq etdiyi “Xoxan” komandası finala yüksəldikdən sonra komanda iştirakçıları arasında 1, 2 və 3-cü yerləri təyin etmək üçün “duel” keçirilmişdir. Nəticədə 3-cü yerə məddah Ceyhun Müəzzin, 2-ci yerə “Xoxan” filminin aktrisası Nərgiz Zamir layiq görülmüşdür. Yarışmanın qalibi isə meyxana ustadı Elşən Xəzər olmuşdur. Komandanın kapitanı dueldə qalib ola bilməsə də, təşkilatçılar tərəfindən yarışmanın ən aktiv oyunçusu adına layiq görülmüşdür.

Qaliblər yarışmanın təşkilatçıları və sponsorlar tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

Dövlət rəsmiləri, yerli və xarici iş adamlarının iştirak etdiyi yarışmanın təltifetmə mərasimindən sonra estradamızın ulduzlarının iştirakı ilə şou-proqram keçirilmişdir.










































Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR