Gecə qar ölüm gətirdi

Gecə qar ölüm gətirdi
09:46 9 Yanvar 2015
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gündən yağan qar nəticəsində respublika ərazisində 15 yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ANS PRESS-ə verdiyi məlumata görə, yolların qarlı olması səbəbindən baş verən qəzalar ölümsüz ötüşməyib.

Baş verən qəzalarda 3 nəfər ölüb, 18 nəfər yaralanıb.

Yol polisi onu da əlavə edib ki, hazırda respublikanın bütün istiqamətində yollar qarla örtülüb. Bu səbəbdən sürücülər daha diqqətli olmalıdırlar.

“Hazırda respublikanın bütün yollarında qar yağır. Quba rayonu, Muğanlı-İsmayıllı, Mərəzə, Ağsu aşırımı istiqamətində yollarda hərəkət çətinləşib. Həmin ərazilərdə yollarda qar dolduğu üçün oranı təmizləmək çətinləşib. Bu səbəbdən həmin istiqamətdə sürücülər ehtiyatlı olsunlar. Artıq Lənkəran və Astara rayonlarına da qar yağmağa başlayıb”, - də Kamran Əliyev bildirib.

Yol polisi bir daha sürücülərin nəzərinə çatdırır ki, yağmurlu hava şəraiti avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və əyləc məsafəsinin uzanmasına səbəb olur. Bu baxımdan sürücülər ilk növbədə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər.

"Sürücülərə belə havalarda xüsusi qış təkərlərindən istifadə etməyi tövsiyyə edirik. Tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar. Minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır", - deyə Kamran Əliyev bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR