“iTunes” proqramının istifadəyə verilməsindən 14 il ötür

“iTunes” proqramının istifadəyə verilməsindən 14 il ötür
09:51 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

2001-ci il yanvarın 9-da ABŞ-ın “Apple” şirkəti “iTunes” proqramını (musiqini yadda saxlamağa və səsləndirməyə imkan verən tətbiq) təqdim edib.
 
Bu proqram ilk öncə yalnız “Mac OS” əməliyyat sistemi (ƏS) üçün əlçatan olub, amma zamanla “Windows” ƏS-də işləyən yeni versiyası təqdim edilib. Bu gün “iTunes” vasitəsilə tətbiq, musiqi, video, kitab mağazasına giriş əlçatandır. Proqramın köməyi ilə “iPad”, “iPod” və “iPhone” qurğularındakı məzmunu idarə etmək olar.
 
28 aprel 2003-cü il tarixində “iTunes Music Store” (biri 99 sentdən 200 min musiqidən ibarət virtual mağaza) istifadəyə verilib. Həmin ilin dekabrınadək “iTunes Music Store” virtual mağazasından yükləmələrin sayı 25 milyona çatıb. 2006-cı ilin fevralında isə milyardıncı musiqi yüklənilib.
 
Emil Hüseynov

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR