Misirdə silahlı toqquşma

Misirdə təhlükəsizlik qüvvələri ilə silahlılar arasında baş vermiş atışmada 9 nəfər həlak olub.

Metbuat.az məlumat verir ki, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Atışma zamanı həmçinin 5 polis əməkdaşı xəsarət alıb.

Polisdəki mənbə bildirib ki, atışma təhlükəsizlik qüvvələrinin əməkdaşlarının Hizə şəhərindəki mənzillərdən birində keçirdiyi əməliyyat zamanı baş verib. Bundan başqa, asayiş keşikçiləri əməliyyat zamanı 2 silahlını da yaxalayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR