“WhatsApp”-da yenilik

“WhatsApp”-ın yeni versiyasına bir neçə gün öncə beta versiyada test edilmiş funksiyalar əlavə edilib.

Metbuat.az bildirir ki, bundan sonra istifadəçilər “şəkil içində şəkil” videozənglərindən istifadə edə və öz statuslarında rəngli mətnlər yerləşdirə biləcəklər. 

Daha istifadəçinin videozəng zamanı tətbiqdə qalmağı şərt olmayacaq. O, tətbiqi bağlayaraq videozəngdən istifadə edə biləcək. Beləliklə, istifadəçi videozəngdən istifadə edərək smartfonda digər işlərini də görə bilər. 

Daha bir yenilik isə mətnli statuslar ilə bağlıdır. İstifadəçi öz əhval-ruhiyyəsinə uyğun olaraq statusdakı fon rəngini dəyişdirməklə öz statusunu yeniləyə bilər. Siz hansısa mətni yazırsınız, daha sonra fon rəngini seçirsiniz və mətn şriftini istədiyiniz kimi dəyişirsiniz. Siz hətta həmin mətnə digər saytların linklərini də əlavə edə bilərsiniz. 

Həmçinin, foto və videoları bir birinə qoşaraq onları “Snapchat”-dakı kimi təqdim edə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR