Misir və ABŞ orduları birgə təlimlərdə

Misir ordusu 8 illik fasilədən sonra ABŞ-la birgə "Bright Star 2017" adlı hərbi təlimlərə başlayıb.

Metbuat.az bildirir ki, ordu tərəfindən verilən yazılı bəyanatda təlimlərin sentyabrın 20-dək Əl-Ələmeyn bölgəsindəki Məhəmməd Nəcib hərbi bazasında davam edəcəyi qeyd olunub.

Tədbir çərçivəsində beynəlxalq səviyyədə strateji məsələlər və terrorla mübarizə ilə bağlı fikir mübadiləsinin aparılması üçün seminar təşkil ediləcəyi diqqətə çatdırılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR