Bakıda nəhənglər toqquşdu, sürücülərdən biri yaralandı - FOTO

Bakıda nəhənglər toqquşdu, sürücülərdən biri yaralandı - FOTO
09:52 9 Yanvar 2015
117 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə Bakıda iki yük maşını toqquşub, sürücülərdən biri xəsarət alıb. APA-nın məlumatına görə, hadisə Bakı-Ələt yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "KamAZ" markalı yük avtomobili "MAN" markalı iritonnajlı yük maşınına çırpılıb.
 
İlkin məlumata görə, Fəxrəddin Vəliyevin idarə etdiyi "MAN" markalı iritonnajlı yuk maşını buzlu yolda hərəkətini davam etdirə bilməyib. Uzun maşın sürüşməyə başlayıb və yolda perpendikulyar dayanıb. Arxadan gələn  və Əfqan Babaşovun idarə etdiyi "KamAZ" isə ona çırpılıb.
 
Qəza nəticəsində "MAN" markalı maşının sürücüsü Fəxrəddin Vəliyev xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR