Xatun verilişdən getdi: aparıcını o, ƏVƏZ EDƏCƏK - ÖZƏL

Xatun verilişdən getdi: aparıcını o, ƏVƏZ EDƏCƏK - ÖZƏL
18:58 11 Sentyabr 2017
574 Şou
Ölkə mətbuatı
A- A+

Atv-də yayımlanan “Zarafat-zarafat” verilişinin aparıcısı dəyişib.

Publika.az xəbər verir ki, müğənni Xatunun aparıcılığını etdiyi verilişi bundan sonra Mətanət Əliverdiyeva idarə edəcək.

Proqramdan ayrılma səbəbini öyrənmək üçün müğənni ilə əlaqə saxladıq. O, saytımıza açıqlama verərək, bunları dedi:

“Bizim bir illik müqaviləmiz var idi. Ona görə verilişlə vidalaşdım. Ancaq Atv ilə iş birliyimiz davam edir. Bundan sonra “Eks-bacanaqlar” serialında çəkiləcəm”.

Qeyd edək ki, Xatun serialda Taleh obrazının qayınanası obrazını canlandıracaq.

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/212989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR