Ceki Çanın oğlu tutuldu

Ceki Çanın oğlu tutuldu
10:01 9 Yanvar 2015
133 Digər
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli aktyor Ceki Çanın oğluna həbs cəzası verildi. ANS PRESS-in məlumatına görə, Ceysi Çan narkotikdən istifadədə ittham edilir.

İndi o Çin məhkəməsinin qərarı ilə bu əməlinə görə, 6 ay həbsxanada qalmalı olacaq.

Onun işi ilə bağlı məhkəmə işi 1,5 saat davam edib.

Gənc Çan həbsdən əlavə 2 min yuan (320 dollar) cərimə də ödəyəcək.

32 yaşlı Ceysi Çan Fan Tsumin adı ilə daha çox tanınır. O, ötən ilin sentyabr ayında Pekində tayvanlı aktyor olan dostu ilə birlikdə saxlanılmışdı. Gənclər narkotik testin keçə bilməmişdilər.

Saxlanılandan sonra polis Ceki Çanın oğlunun evində axtarış aparıb və orada 100 qram marixuana tapıb.

Taleyin qismətinə bax ki, oğlu narkotikdən istifadəyə görə, oğlu saxlanılan Ceki Çan 2009-cu ildə Çində narkotiklə mübarizə üzrə xoşməramlı səfir seçilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR