Bu rayonlarda 3 gün qaz olmayacaq

Xaçmaz və Quba rayonlarına təbii qazın təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, “Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası dövlət sərhədi” avtomobil yolunda aparılan təmir işləri ilə bağlı tikinti sahəsinə düşən və “Qaz İxrac” İdarəsinin balansında olan “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin kəsişmə yerlərində yeni quraşdırılmış keçidlərin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar, bu gün saat 07:00-dan 3 (üç) gün müddətində “Quba” və “Xaçmaz” Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Xaçmaz və Quba rayonlarına təbii qazın verilməsində məhdudiyyət yaranacaq.

Göstətilən müddət ərzində təmir işləri yekunlaşdırılaraq təbii qazın verilməsi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Qızıl ucuzlaşdı - 9 dollar - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR