“Bu qadınlara kim təcavüz edər?!”

"Human Rights Watch" (HRW) bu ilin əvvəlində Arakanda qadınların və azyaşlı qız uşaqlarının əsgərlər tərəfindən təcavüzə məruz qaldığını açıqlayıb.

Metbuat.az-ın xarici mətbuata istinadən məlumatına görə, qadınların və 13 yaşına qədər çoxlu sayda qız uşaqlarının təcavüzə məruz qalması ilə bağlı hesabat hazırlanıb. Hesabatda bildirilib ki, myanmarlı əsgərlər və sərhəddəki polislər kütləvi şəkildə qadınlara və qızlara təcavüz edib.

“İndependent”in məlumatına görə, myanmarlı polkovnik Phone Tintin iddialarla bağlı açıqlaması isə daha çox diqqət çəkib. O, təcavüz iddiaları ilə bağlı bir çox sübuta baxmayaraq, deyilənləri təkzib edib və sensasion açıqlama verib: “Dəlillər haradadır? Bu iddialarla çıxış edən qadınlara bir baxın, onlara kim təcavüz etmək istəyər?”

Günay Elşadqızı \ METBUAT.AZ

Merkeldən gözlənilməz açıqlama - “Sizə dəyər veririk” - OXUMAQ ÜÇÜN TIKLAYIN



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR