Təcilli tibbi yardıma müraciətlərin statistikası

Cari ilin ilk 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 455 min 900-dən artıq ümumi müraciət daxil olub. 455 min 900 müraciətdən 43 070-dən çoxu xəstəxanalara yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, uşaqlar üçün edilən çağırışların sayı 51 min 600-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 8 min 560-dan artıqdır.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1300 nəfərdən çoxdur. Qəfləti xəstəliklərlə müraciətlərin sayı 254 min 230, ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 50 min 267, hospitalizasiya 8 min 926; miokard infarktı ilə müraciətlərin sayı 577, hospitalizasiya 550-ə yaxın; insultla müraciətlərin sayı 2 min 497, hospitalizasiya 2 min 224; doğuşla bağlı müraciətlərin sayı 2087, hospitalizasiya 2077; zədələnmələrin ümumi sayı 14 072, hospitalizasiya 8 min 728, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 1587, hospitalizasiya 1393 olub. Bu rəqəmdə də keçən illə müqayisədə artım qeyd edilir. BŞT və TTYS-nın bölmələrinə birbaşa müraciətlərin sayı 25 min 206, hospitalizasiya 2 min 360 olub.

Evdə qalan ağır xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib. Digər tibb müəssisələri ilə sıx əlaqəli işin təşkilinə xüsusi diqqət yetirilir. Çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanasına məlumat verilir.

Təcili tibbi yardıma ehtiyacı olan 220 nəfərdən artıq yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib. Bakı Baş Səhiyyə İdarəsinin göstərişinə əsasən 2016-cı ilin iyun ayından etibarən daimi yaşayış yeri məlum olmayan şəxslər barədə BŞTvəTTYS-na çağırış daxil olduğu halda, həmin şəxs təcili tibbi yardım briqadası tərəfindən müayinə olunduqdan sonra ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq və rentgen müayinəsindən keçirilir. Müayinə nəticəsində hansısa bir xəstəlik aşkarlanarsa, profil üzrə müvafiq xəstəxanaya yerləşdirilir.

Yay mövsümü başlayandan ilan sancması ilə əlaqədar cəmi 40 müraciət olub və 39 halda hospitalizasiya icra edilib. Bunlardan 6 nəfəri uşaqdır və hamısı hospitalizasiya edilib.

Aysel Yaqubqızı / Metbuat.az

Kimyəvi zəhərlənmələrin statistikası açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR