"Havucu" belə görməmişdiniz (FOTO)

"Havucu" belə görməmişdiniz (FOTO)
10:06 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış uşaq simalarından biri, Azərbaycan tamaşaçılarının 13 ildir “Çocuklar Duymasın” serialından Havuc (Emre) obrazı ilə tanıdığı Furkan Kızılayın yeni fotoları yayılıb.

ANS PRESS-in məlumatına görə, hazırda 25 yaşında olan Kızılay sevgilisi ilə paparazzilərin obyektivlərinə tuş gəlib.

Ticarət mərkəzlərindən birində qarşısında jurnalistləri görən aktyor sevgilisinin utandığını deyərək şəkil çəkməmələrini xahiş edib:

“Lütfən çəkməyin. Onsuzda uşaqlığımdan xəbəriniz var. Sevgilim isə utanır”.

Qeyd edək ki, 1990-cı ildə dünyaya gələn Furkan Kızılay 2002-ci ildən bəri “Çocuklar Duymasın” serialına çəkilir. Saçının kürən olması səbəbindən filmdə Emre ilə yanaşı Havuc (Yerkökü) adı ilə məşhur olub.
















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR