Van Dammın oğlu həbs olundu

Van Dammın oğlu həbs olundu
23:03 12 Sentyabr 2017
290 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış aktyor Jan-Klod Van Dammın kiçik oğlu, 21 yaşlı Nikolas Van Varenberq ABŞ-da otaq qonşusunu bıçaqla hədələdiyi üçün həbs edilib.

Publika.az xəbər verir ki, yerli polis hadisənin Arizona ştatının Tempe rayonunda baş verdiyini açıqlayıb.

Məlumata görə, Van Dammın oğlu yaşadığı binanın liftini yumruqlayaraq əlini yaralayıb. Polis qan izi ilə bunun aktyorun oğluna aid olduğunu müəyyən edib. Onlar Varanberqin otağına gələrək məsələyə aydınlıq gətiriblər. O, polis gedəndən sonra otaq yoldaşını bıçaqla hədələyib. Qonşusunun sözlərinə görə, Van Dammın oğlu onun polisə qapını açmasından hiddətləndiyi üçün bu addımı atıb.

Bundan sonra asayiş keşikçiləri Nikolasın yaşadığı mənzildə axtarış aparıblar. Axtarış-əməliyyat tədbiri nəticəsində Varanberqin mənzilindən bıçaq və qadağan olunmuş maddə aşkarlanıb.

Qeyd edək ki, Van Dammın iki oğlu, bir qızı var. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/213137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR